Şoyqu işğal etdikləri Ukrayna ərazilərinə gedib

Dünya

26.06.2022 - 20:23

Müdafiə naziri Rusiya qoşunlarının Ukraynadakı “xüsusi əməliyyat” zonasına səfər edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “xüsusi hərbi əməliyyat” adlandırılan, əslində isə Rusiyanın Ukraynada həyata keçirdiyi işğal zonasına baş çəkib. Nazir Ukrayna ərazisindəki Rusiya qoşunlarının qruplaşmalarını yoxlayıb.

AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazir qruplaşmaların komanda məntəqələrində olub, əsas istiqamətlərdə vəziyyətlə bağlı komandirlərin məruzələrini dinləyib. Əsas diqqət hərbi əməliyyatların hərtərəfli dəstəklənməsinə, həmçinin “xüsusi əməliyyat” şəraitində yaşayış şəraitinin təmin edilməsinə yönəldilib.

Müdafiə Nazirliyi səfərlə bağlı digər təfərrüatları açıqlamayıb.

Müəllif: Ayna.az