Sosial şəbəkədə şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən olunub

Xəbərlər

31.03.2024 - 21:49

cedabet dərman SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb

Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Qeyd edilib ki, onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür: "Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyət yaradır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş