Son sutkada Azərbaycanda 14 nəfər COVID-19-dan vəfat edib

Xəbərlər

21.12.2021 - 18:38

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 662 yeni yoluxma faktı qeydə alınıb, 1 452 nəfər müalicə olunaraq sağalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 611 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 790 nəfər müalicə olunaraq sağalıb, 8 222 nəfər vəfat edib, aktiv xəstə sayı 14545 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 157, ötən müddət ərzində isə ümumilikdə 5 767 538 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş