Son sutkada 39 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

28.12.2020 - 18:48

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bilidirlib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 215 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 019 nəfər müalicə olunaraq sağalıb, 2 538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 926 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 502, ötən müddət ərzində isə ümumilikdə 2 163 064 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş