Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

01.01.2021 - 18:36

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Azərbaycanda bu gün koronavirus infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3 858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 219 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 188 280 nəfər müalicə olunaraq sağalıb, 2 670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 olub.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 473, bu günə qədər isə ümumilikdə 2 199 939 test icra olunub.

Müəllif: Ayna.az