Son həftədə bir nəfər COVID-19-dan vəfat edib

Aktual

26.07.2023 - 10:46

Həkimlər Klinikalar SEO Xidməti

Daha 21 nəfər koronavirusa yoluxub

Azərbaycanda son həftədə koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 832 004 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 690 nəfər müalicə olunaraq sağalıb, hazırda 25 aktiv xəstə var. Bu günə qədər 10 289 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 447, bu günə qədər isə ümumilikdə 7 658 752 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş