Altı kəndimiz işğaldan azad edilib – <font color=red> RƏSMİ</font>

Aktual

27.09.2020 - 14:07

Anar Eyvazov: “Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb”

 

“Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks həmlə əməliyyatı nəticəsində işğalda olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib”.

 

AYNA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyib.

 

Polkovnik bildirib ki, hazırkı məlumata görə, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində uzun illər düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib: “Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb”.

Müəllif: Ayna.az