Deputat: “Deyirlər ki, Şuşa əhalisi Şuşaya qayıtmağa qorxur”

Aktual

30.12.2020 - 12:24

Həkimlər Klinikalar SEO Xidməti

Siyavuş Novruzov: “Bu insanların ABŞ-ın internet kanallarında xalqı çaşdırmağa çalışmasına nə haqqı var?”

 

“Həmrəylik günü ərəfəsindəyik, gərək, hamı həmrəy olsun. Amma bu gün əhalini çaşdırmağa, qazanılan qələbəyə kölgə salmağa çalışanlar var. Bəzi partiya sədrləri var, hansıların ki, adlarını Milli Məclisdə çəkməyi layiq bilmirəm, onlar dezinformasiyalar yayırlar ki, Şuşa əhalisi Şuşaya qayıtmağa qorxur. İnsanları bu qədər aldatmaq olarmı?”.

 

AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyasının sonuncu iclasında deputat Siyavuş Novruzov deyib.

 

Millət vəkili qeyd edib ki, bir dəfə əlində tapança, avtomat tutmayan adamlar bu məsələlərdən danışırlar: “Hətta Azərbaycanın daxilində Türkiyənin sülhməramlıların tərkibində olmasına maneçilik törətməyə çalışanların olduğunu iddia edirlər. Bu qədər yalan olarmı?! Bu insanların ABŞ-ın internet kanallarında xalqı çaşdırmağa çalışmasına nə haqqı var? Hələ çıxış edir ki, parlament niyə buna münasibət bildirmir? Parlament nümayəndələri gecə-gündüz televiziya kanallarında deyillərmi?”.

 

“Onlar deyirlər ki, rus qoşunlarını Azərbaycandan Elçibəy, AXC-Müsavat hakimiyyəti çıxarıb. Məgər, Şərqi Avropa ölkələrindən də rus qoşunlarını Elçibəy, AXC-Müsavat hakimiyyəti çıxarıb? Baltikyanı ölkələrdən də rus qoşunlarını çıxaran Elçibəy, AXC-Müsavat hakimiyyəti olub? Qarşıdan Həmrəylik Günü gəlir, amma belə adamlarla necə həmrəy olasan?!”, - deyə Novruzov əlavə edib.

Müəllif: Ayna.az