Son 24 saat ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (İran Silahlı Qüvvələrinin elit bölməsi) ilə koordinasiyalı şəkildə 26 ticarət gəmisi Hörmüz boğazından keçib. AYNA.AZ bu barədə İran mediasına istinadən bildirir.
"Son 24 saat ərzində SEPAH Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizliyi altında neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri də daxil olmaqla 26 gəmi Hörmüz boğazından keçib", - deyə bildirilib.