Gəminin adı və hansı ölkəyə məxsus olduğu hələlik açıqlanmayıb
Dəniz quldurları Hind okeanında, Somali sahilləri yaxınlığında bir tankeri ələ keçiriblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hücum Somali piratları tərəfindən həyata keçirilib.
Hadisə Somalinin şimal-şərqində, Puntland bölgəsi yaxınlığında baş verib. Tanker Berbera limanından Moqadişu limanına doğru hərəkət edirmiş.
Gəminin adı və hansı ölkəyə məxsus olduğu hələlik açıqlanmayıb.