Hasan Şeyx Mahmudu rəsmi şəxslər yola salıblar
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 14-də başa çatıb.
AYNA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Somali Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.