"Bu, planetin hər yerində rifah yaradan ticarət nizamına zərbədir”
“Ağ Ev rəhbəri Donald Trampın açıqladığı kütləvi idxal rüsumları səhvdir və bütün dünya bundan əziyyət çəkəcək”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolts Berlində İordaniya kralı II Abdulla ilə birgə mətbuat konfransı zamanı deyib.
"Bu, planetin hər yerində rifah yaradan ticarət nizamına zərbədir. Qlobal iqtisadiyyat bu düşünülməmiş qərardan zərər çəkəcək”, - Şolts əlavə edib.
Şolts hesab edir ki, Birləşmiş Ştatlar sonunda “yalnız uduzanlar olacaq” yoluna qədəm qoyub.
Bununla yanaşı, Şolts Avropa İttifaqının ticarət müharibəsinin qarşısını almaq üçün Amerika tərəfi ilə danışıqlara hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, Aİ əməkdaşlığa üstünlük verir, lakin öz maraqlarını qoruyacaq.
"Avropa ABŞ-ın qərarına vahid, güclü və mütənasib şəkildə cavab verəcək", - o əlavə edib.