Şolts Putinlə apardığı telefon danışığının detallarını Zelenski ilə bölüşüb

Dünya

30.11.2024 - 09:36

Həkimlər Klinikalar SEO Xidməti

“Biz müzakirə etdik ki, bizim ikitərəfli addımlarımız və tərəfdaşlarımızın addımları Ukraynanı gücləndirə bilər”

Almaniya kansleri Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. AYNA xarici mediaya istinadən bildirir ki, liderlər Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi müzakirə ediblər.

Zelenski “Telegram”da yazıb ki, o, Şoltsa "Ukraynaya hava hücumundan müdafiə sistemləri ilə köməklik göstərdiyinə” - yüksək effektiv “Patriot” zenit-raket kompleksləri və qısa və orta mənzilli IRIS-T raketlərinin tədarükü barədə təşəkkür edib. Bildirib ki, bu silahlar artıq minlərlə insanın həyatını xilas edib.

“Mən kanslerə Ukraynanı, xüsusən də Rusiya təcavüzündən müdafiəmizi və sabitliyimizi dəstəkləməyə davam etmək istəyinə görə minnətdaram. Biz müzakirə etdik ki, bizim ikitərəfli addımlarımız və tərəfdaşlarımızın addımları Ukraynanı gücləndirə bilər”, - deyə Ukrayna lideri qeyd edib.

"Rusiyaya təzyiqin artması və Ukraynanın mövqelərinin güclənməsi vacibdir. Çünki məhz bu, Rusiyanı sülh təqdim etməyə məcbur edəcək", - Zelenski əmindir.

Şolts "Ukrayna ilə dəyişməz və sarsılmaz həmrəyliyi" təsdiqləyib və əmin edib ki, Almaniya Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiya şəraitində Kiyevə hərbi yardım göstərməyə davam edəcək.

Zelenskinin sözlərinə görə, Almaniya kansleri ona Rusiya Prezidenti Vladimir Putinə etdiyi zəngin təfərrüatlarını açıqlayıb: "Aydındır ki, yalnız silahın gücü və diplomatiyanın gücü birlikdə müharibəni törədəni sülhə vadar edə bilər və sülh yalnız güc sayəsində mümkündür”.

Müəllif: Ayna.az