Şolts Almaniyanın Ukraynaya "Taurus" raketlərini tədarük etməyəcəyini deyib

Dünya

27.02.2024 - 02:30

Almaniya Kansleri: "Biz müharibə edən tərəfə çevrilməyəcəyik"

Almaniya Kansleri Olaf Şolts ölkəsinin Ukraynaya "Taurus" raketlərini tədarük etməyəcəyini deyib.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Kansler Şolts DPA-nın redaktorlar konfransında bu barədə sualı cavablandırarkən bildirib:

"Almaniya Ukraynanın Avropada ən böyük hərbi dəstəkçisidir. Bu, belə qalır. Ancaq bir şey aydındır: biz müharibə edən tərəfə çevrilməyəcəyik - nə birbaşa, nə də dolayı yolla. Bu iki prinsipi bütün qərarlarımda rəhbər tuturam".

Almaniya Kansleri qeyd edib ki, Ukraynanın "Taurus" raketlərindən də çox ehtiyac duyduğu digər silahlar var:

"Bu, çox uzaq mənzilli bir silahdır. İngilislərin və fransızların hədəfə nəzarət və onu müşayiət edən hədəf nəzarəti baxımından etdikləri Almaniyada edilə bilməz. Bunu bu sistemlə məşğul olan hər kəs bilir".

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual