SOCAR-ın əməkdaşı Neft Daşlarında itkin düşüb

Hadisə

03.12.2021 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

"Hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur"

SOCAR-ın əməkdaşı Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

AYNA xəbər verir ki, bu barədə İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.

“Namazov Mürsəl Həsənəli oğlunun vəzifəsi elektrik montyorudur, 1972-ci il təvəllüdlü, ailəlidir, iki oğlu var. Həmkarlarımız itkin düşənin ailəsinin yanındadır, onlara mənəvi dəstək göstərməyə çalışırlar. İtkin düşən həmkarımızın ailəsinə Allahdan ümid və səbr diləyirəm. Axtarış davam edir”, - deyə İ.Əhmədov vurğulayıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş