SOCAR dənizdəki işçilərini təxliyyə etdi

Cəmiyyət

07.02.2020 - 23:49

Həkimlər Klinikalar SEO Xidməti

“Dəniz platformalarında və estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb"

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu gün axşam saatlarından etibarən ölkədə hava şəraitinin kəskinləşəcəyi proqnozu ilə əlaqədar işçilərini təxliyyə edib.

 

AYNA xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

 

Onun sözlərinə görə, SOCAR-ın dənizdə işləyən təxminən 1 000-ə yaxın işçisi sahilə təxliyyə edilib:

 

“Dəniz platformalarında və estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında FHN-nin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş