“İlkin ehtimalımız palçıq vulkanının püskürməsidir”
“Xəzərdə baş verən partlayışın SOCAR-ın birbaşa nəzarətində olan obyektlərlə əlaqəsi yoxdur”.
AYNA xəbər verir ki, bu barədə açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.
O bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib:
“Hazırda işlər normal rejimdə davam edir. Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”.