Sobyanin moskvalılara müraciət edib

Dünya

14.03.2024 - 10:53

cedabet dərman SEO Xidməti

Moskva meri paytaxt sakinlərini seçkilərdə aktiv iştiraka çağırıb

Moskva meri Sergey Sobyanin Rusiyada prezident seçkilərinin başlanması ərəfəsində paytaxt sakinlərinə müraciət edib. AYNA xəbər verir ki, müraciət merin “Telegram” kanalında dərc olunub.

Sobyanin Prezidentin dövlətin idarə olunmasındakı rolunu xatırladıb və seçkiləri “özünün və yaxınlarının gələcəyi üçün səsvermə” adlandırıb.

"Seçkilərdə moskvalıların səsi ənənəvi olaraq əhəmiyyətlidir”, deyə paytaxt meri və şəhər əhalisindən səsverməyə gəlməyi xahiş edib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək. Seçkilər ölkə tarixində ilk dəfə üçgünlük formatda təşkil olunur. Onlayn səsvermə ölkənin 29 regionunda keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş