Şmıqal: “Rusiya təcavüzkarları Ukraynanın 15 bölgəsinə zərbələr endiriblər”

Dünya

26.08.2024 - 14:59

Həkimlər Klinikalar SEO Xidməti

Düşmən müxtəlif növ silahlardan istifadə edirdi: PUA-lar, qanadlı raketlər”

“Rusiya təcavüzkarları Ukraynanın 15 bölgəsinə kütləvi hücuma keçiblər”. AYNA xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram”da yazıb.

“Rusiyanın kütləvi hücumu nəticəsində bu gün 15 rayona ziyan dəyib. Düşmən müxtəlif növ silahlardan istifadə edirdi: PUA-lar, qanadlı raketlər. Ölənlər və yaralılar var. Onların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə hökumət başçısı yazıb.

Şmıqala görə, Rusiya Federasiyasının hədəfi yenidən enerji infrastrukturudur - bir sıra bölgələrə ziyan dəyib. Buna görə də “Ukrenerqo” sistemi sabitləşdirmək üçün elektrik enerjisinin fövqəladə kəsilməsindən istifadə etməyə məcburdur.

“Ukrayna şəhərlərinin vəhşicəsinə atəşə tutulmasını dayandırmaq üçün Rusiya raketlərinin atıldığı yerləri məhv etmək lazımdır. Bunun üçün Ukraynaya uzaqmənzilli silahlar və onlardan Rusiya hədəflərində istifadə etmək üçün tərəfdaşlarından icazə lazımdır. Biz müttəfiqlərimizin dəstəyinə arxalanırıq”, Şmıqal əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş