Slovakiyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanacaq

Dünya

06.12.2024 - 22:54

Həkimlər Klinikalar SEO Xidməti

Dekabrın 31-də Baş Konsulluğun fəaliyyətinə xitam veriləcək

Slovakiya dekabrın 31-də Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayacaq. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

“Slovakiya Respublikası hökumətinin qərarı ilə (28 avqust 2024-cü il tarixli 521 saylı Qərar, E.4-cü bənd) əlaqədar olaraq, Slovakiya Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə dekabrın 31-dən xitam verilir”, - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az