“Seçki gecəsi hakim partiyanın qərargahına gec gəlməyim qəsdən olmayıb”
Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkədə keçirilən son seçkilərdən sonra yaranan qalmaqallı iddialarla bağlı danışıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, nazir Xarici İşlər Nazirliyində (XİN) sənədlərin məhv edilməsi ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib.
“Seçki gecəsi hakim partiyanın qərargahına gec gəlməyim qəsdən olmayıb. Həmin vaxt ailəmlə bir yerdə idim. Bu məsələ ətrafında yayılan fərziyyələr əsassızdır”, - Siyarto vurğulayıb.
Bundan əvvəl mediada XİN-də “təmizləmə” aparıldığı, o cümlədən sanksiyalarla bağlı sənədlərin məhv edildiyi iddia olunmuşdu. Siyarto bu məlumatlarıtəkzib edib və belə proseslərin getmədiyini vurğulayıb.
“Hökumətin xarici siyasəti daxili siyasi proseslərə müəyyən təsir göstərə bilər. Lakin Macarıstanın Rusiyaya həddindən artıq yaxınlaşdığı fikri ilə razı deyiləm”, - nazir fikrini yekunlaşdırıb.