“Amerikalılar sülh sammitinin keçirilməsi ehtimalından imtina etməyiblə”
“Macarıstan hökuməti istənilən vaxt Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya və ABŞ arasında danışıqlara ev sahibliyi etməyə hazırdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto jurnalistlərin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə görüşün keçirilməsi perspektivləri ilə bağlı suallarını cavablandırarkən deyib.
"Macarıstan istənilən vaxt ABŞ-Rusiya sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır. Ötən həftə ABŞ-da apardığım danışıqlar zamanı mənə aydın oldu ki, amerikalılar sülh sammitinin keçirilməsi ehtimalından imtina etməyiblər. Sülh sammiti konkret nəticələr verəcək və bu, nəhayət, Mərkəzi Avropaya sülhün qayıtmasına imkan verəcək", - Siyarto Budapeştdə israilli həmkarı Gideon Saarla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.