Təlim zamanı “Müşahidəçilər üçün aparılacaq təlim modulu” təqdim olunub
Bu gün “Sivil Toplum” Monitorinq Koalisiyası ofisində müşahidələr üçün keçiriləcək treninqlərin təlimçilərinə təlim keçirilib. AYNA xəbər verir ki, bu barədə Koalisiyadan bildirilib.
Təlimdən əvvəl Koalisiyanın həmsədrləri “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədi A.M.Kərimov, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Q.Ə.İbrahimli və “Cəмiyyətin İnкişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Ə.N.Abbasbəyli iştirakçılar qarşısında çıxış edərək, “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Q.İbrahimli Koalisiya barədə ətraflı məlumat verərək, təsisçi təşkilatları, onların rəhbərlərini iştirakçılara təqdim edib, Koalisiyanın məqsəd və məramlarını açıqlayıb.
Ə.Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib. Təlimçilərin müşahidəçilərin təlimatlandırılması prosesində əhəmiyyətini vurğulayaraq, keçirləcək təlimlərin uğuruna və faydalı olacağına inandığını bildirib.
Çıxışların ardınca A.Kərimov təlim prosesinə başlayaraq, “Müşahidəçilər üçün aparılacaq təlim modulu”nu təqdim edib.
Daha sonra Mərkəzi Seçki Komissiyasının hazırladığı “Müşahidəşilər üçün yaddaş” və seçki qanunvericiliyi barədə ətraflı məlumat verilib. Təlim ayrı-ayrı kazuslarla davam etdirilib.
Təlim zamanı iştirakçlıarın çoxsaylı sulları cavablandırılaraq, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda isə təlimçilər üçün müvafiq sənədlər təqdim edilib.
Təlim prosesində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) üzunmüddətli müçahidəçiləri Naemi Arcidiacono və Oljas Akanov iştirak edib.