“Ümid edirəm ki, delimitasiya ilə biz iki böyük fəlakət gətirən uzunmüddətli müharibəyə son qoyacağıq”
“Ermənistan Respublikasının heç bir ərazisi heç bir qonşu ölkəyə verilməyib, planlaşdırılmayıb, müzakirə olunmayıb və müzakirə oluna da bilməz”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamenyinin sədri Alen Simonyan deyib.
“Köhnə, “hər şeyi verdilər, bu hakimiyyət hər şeyi verdi” söhbətinə kadastr rəhbərini cəlb etməyə çalışmağı yersiz hesab edirəm”, - deyə Simonyan parlamentdəki “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryana cavabında deyib.
Spiker Ermənistan Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyandan Ermənistan ərazisindən Azərbaycana qaytarılan ərazinin dəqiq nə qədər olduğunu deməsini tələb edib: “Bu, ritorik sualdır. Çünki cavab bəlkə də 1 milyon 347 dəfə verilib: Ermənistan Respublikasının bir dənə də olsun ərazisi heç bir qonşu ölkəyə verilməyib, planlaşdırılmayıb, müzakirə olunmayıb və müzakirə oluna da bilməz”.
Spiker ümidvar olduğunu bildirib ki, o, Azərbaycanla Ermənistan xəritəni Alma-Ata Bəyannaməsinin prinsiplərinə uyğun olaraq, demarkasiya və delimitasiya prosesinə daxil olduqları prinsiplərə uyğun olaraq, yekunlaşdıracaq.
“Ümid edirəm ki, delimitasiya ilə biz iki böyük fəlakət gətirən uzunmüddətli münaqişəyə, müharibəyə son qoyacağıq”, - Simonyan qeyd edib.