Mingəçevirə atılan raketlərdən biri İES-in yanına düşüb

Aktual

05.10.2020 - 09:34

Digərlər iki raket mülkilərin yaşadığı əraziyə düşüb

 

Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub. AYNA Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən məlumat verir ki, atılmış 3 raketdən 2-si partlamayıb.

 

Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

 

Müəllif: Ayna.az