Şimali Koreyanın raket atışından sonra Seulda fövqəladə iclas keçirilib

Dünya

22.10.2025 - 16:51

Cənubi Koreya Milli Təhlükəsizlik Agentliyi təcili toplanıb

Şimali Koreyanın Yapon dənizinə qısa mənzilli ballistik raketlər buraxmasından sonra Cənubi Koreya Milli Təhlükəsizlik Agentliyi təcili iclas keçirib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"Agentlik ordunun cavab tədbirlərini nəzərdən keçirib və Koreya yarımadasındakı vəziyyətə potensial təsirləri qiymətləndirib", - məlumatda qeyd edilib.

Bildirilib ki, Cənubi Koreya hökuməti Pxenyan tərəfindən əlavə raket buraxılışları mümkünlüyü də daxil olmaqla, hadisələri diqqətlə izləyəcək və “lazımi tədbirləri” nəzərdən keçirəcək.

Agentlik onu da əlavə edib ki, real vaxt rejimində buraxılış izlənilib və müvafiq detallar barədə ölkə Prezidentinə məlumat verilibb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş