Şimali Koreya yeni raket mühərriki hazırlayıb

Dünya

02.09.2025 - 09:04

Mühərriklər yeni nəsil “Xvanson-20” raketlərinə quraşdırılacaq

Şimali Koreya mühəndisləri qitələrarası ballistik raketlər üçün yeni mühərrik hazırlayıblar. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilib ki, mühərriklər yeni nəsil “Xvanson-20” raketlərinə quraşdırılacaq.

Bərk yanacaqlı raket mühərriki kompozit materialdan hazırlanıb və 2 il ərzində məxfi şəraitdə test edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş