Şimali Koreya Rusiyaya 10 minə qədər əsgər göndərəcək

Dünya

05.11.2025 - 13:04

Zədələnmiş infrastrukturu bərpa etmək üçün təxminən 5 min Şimali Koreyanın mühəndislik əsgərinin Rusiyaya gələcəyi gözlənilir

Şimali Koreya “xüsusi hərbi əməliyyat” zonasında yenidənqurma işləri aparmaq üçün Rusiyaya minlərlə əsgər göndərməyə hazırlaşır. AYNA.AZ xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi ölkənin Milli Kəşfiyyat Xidmətinin məlumatlarına istinadən məlumat yayıb.

Alınan məlumata görə, zədələnmiş infrastrukturu bərpa etmək üçün təxminən 5 min Şimali Koreya ordusunun mühəndislik əsgərinin Rusiyaya gələcəyi gözlənilir. Daha 1000 əsgər mina təmizləmə işlərində ixtisaslaşacaq.

Seul iddia edir ki, ümumilikdə, Pxenyanı Rusiyaya 10 minə qədər əsgər göndərəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş