Şimal-qərb küləyi sabah axşamadək davam edəcək - FAKTİKİ HAVA

Xəbərlər

02.05.2024 - 08:46

Mayın 2-si saat 08:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

Bu barədə AYNA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,3 mertdir.

Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Müəllif: Ayna.az