Silahlılar Filadelfiyada zirehli yük maşınından 1,8 milyon dollar oğurlayıblar

Dünya

22.04.2026 - 15:41

Cinayətkarların tutulması hələlik mümkün olmayıb

İki silahlı quldur Pensilvaniya ştatının Filadelfiya şəhərində zirehli yük maşınından 1,8 milyon dollar oğurlayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə yerli “6ABC” televiziya kanalı polis mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, hücum 21 apreldə yerli vaxtla təxminən saat 9:45-də baş verib. Qeyd olunub ki, iki kişi avtomatlarla silahlanıb hücum ediblər.

Mənbələr onların hadisə yerindən mavi rəngli maşınla qaçdıqlarını bildirirlər. Polis daha sonra avtomobili başqa bir məhəllədə tərk edilmiş vəziyyətdə tapıb.

Cinayətkarların tutulmasının hələlik mümkün olmadığı bildirilir. İstintaqa Federal Təhqiqat Bürosu rəhbərlik edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş