Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib – <font color=red> FOTOLAR</font>

Siyasət

20.06.2021 - 20:09

Həkimlər Klinikalar SEO Xidməti

Tədbir zamanı istedadlı əsgərlər arasında musiqi yarışı keçirilib

 

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə Silahlı Qüvvələri Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib.

 

AYNA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Vətən müharibəsi qaziləri, hərbi hissə komandanlığı, səyyar təşviqat qrupunun üzvləri və şəxsi heyət iştirak edib.

 

Görüşdə iştirak edən qazilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbə, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələri barədən gənc əsgərlərlə geniş söhbət aparıb, ordumuzun əldə etdiyi tarixi zəfərin əhəmiyyətini xüsusi qeyd ediblər.

 

Tədbir zamanı istedadlı əsgərlər arasında musiqi yarışı keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.

 

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqi nömrələri şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş