Şeyx Vatikana səfər edəcək

Xəbərlər

07.02.2026 - 22:33

Allahşükür Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür. AYNA.AZ xəbər verir ki, bu barədə QMİ-dən bildirilib.

Qeyd olunub ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.

Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş