Seyfəlidə döyüş sursatları məhv ediləcək

Xəbərlər

22.09.2024 - 12:31

cedabet dərman SEO Xidməti

Döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 23-dən 27-dək davam edəcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 23-dən 27-dək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş