Kral Salmanın qardaşı oğlu dövlətə xəyanətdə günahlandırılır
Kral Salmanın qardaşı oğlu, Səudiyyə şahzadəsi Fəhd bin Turki bin Abd əl-Əziz edama məhkum edilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Vaşinqtondakı Körfəzi Tədqiqat İnstitutu məlumat yayıb.
Qeyd edilib ki, hərbi məhkəmə Yəməndəki Səudiyyə Ərəbistanı qüvvələrinin keçmiş komandirini dövlətə xəyanətdə günahkar bilir. Krallığın səlahiyyətliləri Fəhdin hökumət əleyhinə çevrilişin təşkilində iştirak etdiyinə inanırlar.
İnstitutdakı mütəxəssislər Səudiyyə Ərəbistanının vəliəhdi və ölkənin müdafiə naziri Məhəmməd bin Salmanın Abd əl-Əzizin həbsində iştirakını iddia edirlər.
Qeyd edək ki, Fəhd oğlu ilə birlikdə 2020-ci ilin sentyabrında həbs olunub.
Bu, Səudiyyə kral ailəsinin qarışdığı ilk qalmaqal deyil. Vəliəhd Məhəmmədin 2017-ci ildə təyyarə qəzasında həlak olan şahzadə Mənsur bin Mukrin qətlində də iştirak etdiyi düşünülür.