Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi İlham Əliyevi təbrik edib

Xəbərlər

11.02.2024 - 17:32

Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidentini təbrik edib

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib. AYNA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud dövlətimizin başçısına səmimi təbriklərini çatdırıb, ona uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş