Səudiyyə Ərəbistanı “İbrahim razılaşmaları”na qoşulmaq istəyir

Dünya

18.10.2025 - 12:21

Donald Tramp: “Onlar qoşulsa, hamı ona əməl edəcək”

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulmaqda maraqlı olduğunu bildirib. AYNA.AZ bildirir ki, “onlar qoşulsa, hamı ona əməl edəcək” deyən Tramp “Yaxın Şərqdə davamlı sülh” haqqında danışmağa davam edir.

Aparıcı Ər-Riyadın belə bir maraq göstərib-göstərmədiyini soruşduqda Tramp müsbət cavab verib: “Bəli, biz bu barədə dünən danışmışdıq”.

Əlavə suallar olmayıb və ABŞ Prezidenti sevimli mövzularına davam edib: “İbrahim razılaşmaları” necə gözəldir, onları imzalayan ölkələr necə çiçəklənir, görürsünüz. Vəliəhd şahzadə Məhəmməd bin Salmana hörmətim var və “İbrahim razılaşmaları” Yaxın Şərqdə davamlı sülhə yol açır”.

Qeyd edək ki, bu sözlər Səudiyyə Ərəbistanının ABŞ-la Qətərin İsrailin Dohaya endirdiyi zərbəyə görə “təzminat” olaraq aldığına bənzər müdafiə sazişi bağlamaq istəyi ilə bağlı xəbərlər fonunda səslənib. Bir gün əvvəl “İsrail Hayom” qəzetinin köşə yazarı Denni Zaken Səudiyyənin Qətərə qarşı “qısqanclığı” haqqında yazıb və qeyd edib ki, “HƏMAS Qəzzadakı müxaliflərini sıxışdırmağa davam edərsə, Ər-Riyad və Əbu-Dabi sülh prosesindən çəkilməklə hədələyir.

Hökumətə yaxın olan, “Channel 14” və “Galei Israel” radiosunda işləyən Zaken beynəlxalq jurnalist olmasa da, öz “Səudiyyə mənbəsinə” istinad edib.

Bayden administrasiyası İsraillə münasibətlərini normallaşdırmaq şərti ilə Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamağa hazır idi, lakin Qəzzadakı müharibə bu planlara son qoydu. İndi Ər-Riyad qətiyyətlə bəyan edir ki, İsrail hökuməti fələstinlilərin öz dövlətini yaratmaq hüququnu tanımayana və bu məqsədlə addımlar atmayana qədər normallaşmaya razı olmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş