"Sosial şəbəkələrdə yayılan məlumatları çox ciddi araşdıracağıq”
"Azərbaycan ictimaiyyətinin 80-90 faizi sosial şəbəkələrdən istifadə edir".
AYNA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, dünənki səsvermənin gedişindən çox az narazılıqlar olub.
“Biz bələdiyyə seçkilərində olduğu kimi bu seçkilərdə də sosial şəbəkələrdə yayılan məlumatları çox ciddi araşdıracağıq”, - deyə MSK sədri əlvə edib.