“Şeş-Beş” kafesi karantin qaydalarını pozub

Xəbərlər

11.01.2021 - 11:54

Həkimlər Klinikalar SEO Xidməti

Kafedə müştərilərə yerində xidmət göstərməsi aşkarlanıb

 

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Şeş-Beş” kafesini aşkarlayıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb. Obyektə baxış zamanı kafenin sahibi vətəndaş Anar Abdullayev və daha beş müştəri saxlanılaraq ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimələniblər və onlarla profilaktik söhbətlər aparılıb.

 

Kafenin sahibi A.Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş