Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub
İyulun 11-də Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya bildirilib ki, zəlzələ yerli vaxtla saat 15:27-də Şərur rayonunda qeydə alınıb.
Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub. Zəlzələ hiss olunmayıb.