Sərnişin avtobusundakı yanğınla əlaqədar komissiya yaradılıb

Hadisə

01.09.2020 - 09:51

Həkimlər Klinikalar SEO Xidməti

BNA avtobusda baş vermiş yanğınla bağlı məlumat yayıb

 

Bakı Nəqliyyat Agentliyində, "BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda baş verən yanğın hadisəsi ilə əlaqəddar komissiya yaradılıb.

 

Bu barədə AYNA-ya agentlikdən bildirilib.

 

Məlumata görə, hadisənin baş verməsi ilə bağlı məsələlər komissiya tərəfindən araşdırılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, bu gün  səhər saatlarında qeydə alınıb. Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş