Sərhədini pozmaq istəyən Əfqanıstan vətəndaşları saxlanılıb - FOTO

Xəbərlər

04.03.2024 - 12:42

cedabet dərman SEO Xidməti

İrandan qanunsuz yolla Azərbaycana keçmək istəyən üç nəfər saxlanılıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, martın 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və 2003-cü il təvəllüdlü Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Sərhədini pozmaq istəyən Əfqanıstan vətəndaşları saxlanılıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş