Faktla bağlı araşdırma aparılır
Avtomobilin oturacaqlarının içərisində qaçqaqmal mobil telefon aşkarlanıb. AYNA-ya bu barədə Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin oturacaqlarının içərisində 6 ədəd "Samsung Galaxy A10S" markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.