Serbiyada parlament seçkiləri vaxtından əvvəl keçiriləcək

Dünya

04.11.2025 - 14:44

Aleksandr Vuçiç erkən parlament seçkilərinin keçirilməsinə razılıq verib

Serbiya Prezidenti Aleksandr Vuçiç hazırkı parlament müddətinin sonuna qədər parlament seçkiləri keçirməyə hazır olduğunu açıqlayıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"Ölkəmizdə əhəmiyyətli bir azlığı təmsil edən etirazçıların tələblərinə hörmətlə yanaşaraq, onları yolun yarısında qarşılayacağıq və seçkilər vaxtından əvvəl keçiriləcək", - deyə Vuçiç qeyd edib.

Prezidentin sözlərinə görə, dəqiq tarix daha sonra müəyyən ediləcək: "Nə vaxt keçirilməsinə səlahiyyətli orqan qərar verəcək. Xalq isə seçkilərdə hansı siyasəti dəstəklədiyini göstərəcək".

Qeyd edək ki, Serbiyada etirazlar 2024-cü ilin noyabr ayından bəri Novi Sad qatar stansiyasında 16 nəfərin ölümünə səbəb olan dam örtüyünün uçmasından sonra başlayıb və davam edir. Etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırırlar. Onların tələblərindən biri erkən parlament seçkilərinin keçirilməsidir. Avqustun ortalarında etirazlar polislə müntəzəm toqquşmalara çevrildi. Bir sıra şəhərlərdə hakimiyyət əleyhdarları hakim Serbiya Tərəqqipərvər Partiyasının ofislərini dağıdıb və yandırmışdılar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş