Serbiya Prezidenti Baş Qərargahın binasına gedib

Dünya

01.08.2022 - 03:57

“Kosovodakı zorakılığa dövlətin reaksiyası ilə bağlı qərar gözlənilir"

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo ilə sərhəddə münaqişənin kəskinləşməsi fonunda ölkəsinin ordusunun Baş Qərargahının binasına gedib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Serbiya Prezidentinin qərarı gözlənilir.

“Kosovodakı zorakılığa dövlətin reaksiyası ilə bağlı qərar gözlənilir", - jurnalistlər qeyd ediblər.

Bildirilib ki, dövlət başçısı ordu rəhbərliyi ilə Kosovodakı vəziyyətlə bağlı mümkün addımları müzakirə edib.

Qeyd edək ki, Kosovonun şimal bölgələrində, Kosovska-Mitrovitsada hava hücumu siqnalları işə düşüb, Serbiya sakinləri Rudarda, Priştina-Leposaviç şossesində və Zveçan şəhərindən bir qədər aralıda barrikadalar qurublar.

Müəllif: Ayna.az