Separatçıların Şuşaya açdığı atəş: Münaqişə o zaman bitəcək ki...

Aktual

14.07.2021 - 11:43

Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək erkəndir

 

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 

Qarabağdakı əli silahlı erməni separatçıları əvvəlcə Ağdama doğru ona görə atəş açdılar ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər.

 

Erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, özləri şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur. Burası aydındır.  Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur. Müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib.

 

Münaqişə o zaman bitəcək ki,

 

1) Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar;

 

2) Qarabağdakı erməni separatçıları tərksilah olacaqlar;

 

3) Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq;

 

4) Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq.

 

Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək erkəndir.

Müəllif: Elxan Şahinoğlu, politoloq