SEPAH İranın Şərqi Azərbaycanda antiterror təlimləri keçirir

Dünya

02.12.2025 - 22:24

Korpus Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri ilə “Səhənd 2025” adlı birgə antiterror təlimləri keçirir

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Şərqi Azərbaycan əyalətində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvləri ilə “Səhənd 2025” adlı birgə antiterror təlimləri keçirir.

AYNA.AZ İran mediasına istinadən bildirir ki, SEPAH Quru Qoşunlarının rəhbərlik etdiyi təlimlər Şəbüstər rayonunda keçirilir.

SEPAH Quru Qoşunları komandanının ictimaiyyətlə əlaqələr üzrə müavini, polkovnik Şəhram Əskərian bildirib ki, təlimlər İran Silahlı Qüvvələrinin Baş Qərargahının göstərişi ilə Xarici İşlər Nazirliyi və ŞƏT-in Terrorla Mübarizə Regional Strukturunun köməyi ilə hazırlanıb.

O əməliyyatın “xüsusi strateji əhəmiyyətə” malik olduğunu vurğulayıb.

Əskərian əlavə edib ki, İran uzun müddətdir terrorizmlə mübarizədə əsas rol oynayır və bildirib ki, “qadınlar və uşaqlar da daxil olmaqla 17 mindən çox soydaşın terrorçuların qurbanı oldub”.

Təlim İmam Zaman Mexanikləşdirilmiş Briqadasının Şəbüstərdəki məsul bölgəsində dekabrın 5-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş