Son 24 saat ərzində ən azı 35 müxtəlif gəmi Hörmüz boğazından keçib
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH İran Silahlı Qüvvələrinin elit bölməsi) məlumatına görə, son 24 saat ərzində İran Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə ən azı 35 müxtəlif gəmi Hörmüz boğazından keçib. Bu barədə AYNA.AZ İran mediasına istinadən bildirir.
Məlumatda deyilir: "Son 24 saat ərzində SEPAH dəniz qüvvələrinin koordinasiyası və təhlükəsizliyi altında icazə aldıqdan sonra neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri də daxil olmaqla 35 gəmi Hörmüz boğazından keçib".
SEPAH qeyd edib ki, Fars körfəzi bölgəsindəki gərginliyə baxmayaraq, İran Silahlı Qüvvələri gəmiçilik və qlobal ticarət üçün təhlükəsiz dəniz yolu yaradıb.