“Bütün zəruri hədəflər məhv edilib”
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İranın Sirik adasına hücum etdiyi bazaya zərbə endirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
ABŞ hərbçilərinin rabitə qülləsinə zərbə endirdiyi bildirilib.
Nəşrin məlumatına görə, SEPAH qüvvələri dərhal Amerika bazasına hücum edərək cavab verib və “bütün zəruri hədəflər məhv edilib”.
Bu arada, korpus ABŞ ordusuna müraciət edərək, onlara qarşı təcavüz təkrarlanacağı təqdirdə daha genişmiqyaslı cavab tədbirləri görəcəyi ilə hədələyib.