Sentyabrın ilk gününü hava proqnozu açıqlanıb

Xəbərlər

31.08.2025 - 17:06

Gecə və səhər bəzi yerlərdə duman olacaq

Sentyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 30-35 % təşkil edəcək.

Rayonlarda da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş