Şənbə gününün hava proqnozu açıqlanıb

Xəbərlər

13.12.2024 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda sulu qar, bölgələrdə qar yağacağı gözlənilir

Azərbaycanda dekabrın 14-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Gecə və gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 65-70% olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlardan başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12°, gündüz 2-7° şaxta olacaq.

Müəllif: Ayna.az